Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Ali Radanın keçmiş spikeri Andrey Parubiyin qətlinin təhqiqatına cəlb edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə Vladimir Zelenski məlumat yayıb.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları mütəmadi olaraq hesabat verirlər – daxili işlər naziri, baş prokuror. Mən Vasil Malyukla da danışdım. Ukraynanın Təhlükəsizlik Xidməti istintaqa cəlb olunub”, – o, Telegram kanalında yazıb.
Zelenskinin sözlərinə görə, Radanın keçmiş spikerinin qətli “diqqətlə hazırlanıb”.
Parubiy bu gün – avqustun 30-da Lvovda naməlum şəxs tərəfindən güllələnib. Atəş açan qaçıb.
E.ŞİRİNOV