Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
24 Fevral 2025 / 08:16

Zelenski vəzifəsini NATO üzvlüyünə qurban verməyə hazırdır, amma…

Rusiyanın Ukraynaya qarşı müharibəsi ölkənin NATO- ya üzvlüyü arzusundan qaynaqlanıb, elə bu arzu da Rusiya üçün müharibəyə əsas bəhanə oldu.

Artıq indi vəziyyət o həddə gəlib ki, Ukrayna prezidenti Volodimir Zelenski NATO-ya üzvlük müqabilində vəzifəsini tərk etməyə hazır olduğunu bildirib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, Zelenski sülh üçün lazım gələrsə, vəzifəsini tərk edə biləcəyini, lakin ölkəsinin ABŞ prezident Donald Trampın müdafiə etdiyi məbləğdə borcu olmadığını deyib. Təşkil etdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Zelenski belə bir fürsət olacağı təqdirdə NATO-ya üzvlük müqabilində prezident postundan istefa verməyə hazır olduğunu bildirib.

O həmçinin sülh danışıqlarında Ukrayna ilə yanaşı ABŞ, Rusiya və Avropa ölkələrinin də iştirak etməli olduğunu deyib.

İndi məsələ qalır Türkiyə prezidenti Ərdoğanın Zelenski ilə danışığına. Bəs Ukraynanı NATO- ya üzvülüklə bağlı müharibəyə sürükləmiş ABŞ və Avropa İttifaqına üzv ölkələr nə düşünür? Onların məsuliyyəti nədən ibarətdir?

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!