Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna lideri bunun baş verməyəcəyinə əminliyini bildirdi
Əgər Ukrayna Rusiya ilə müharibədə uduzsa, onun bir hissəsinə çevriləcək.
Tezadlar.az xəbər verir ki, bu fikir prezident Vladimir Zelenski tərəfindən ifadə edilib.
“Əgər bu müharibədə uduzsaq, ölkəmizin müstəqilliyini itirəcəyik”, – deyə o, “Le Monde” qəzetinə verdiyi müsahibədə xəbərdarlıq edib.
Onun sözlərinə görə, Ukrayna xalqı Rusiyadan daha güclüdür.
“Əgər müstəqilliyimizi itirsək, Rusiyanın bir hissəsi olsaq, bu, tamamilə dəhşətli bir itki olacaq. Və əminəm ki, bu baş verməyəcək”, – Ukrayna prezidenti bildirib.
O, bir ildən az müddətdə sülhün əldə olunacağına və müharibənin diplomatik yolla başa çatacağına ümid edir.
Prezident əmindir ki, Rusiya soyuq hava şəraitindən istifadə edərək “ukraynalılara daha çox əziyyət çəkmək, onları amerikalıların kompromis adlandırdığı şeyi qəbul etməyə məcbur etmək” üçün çalışır.
“Rusiya artıq bir neçə dəfə məni məhv etməyə çalışıb. Qorxmağa öyrəşmişəm”, – deyə Zelenski əlavə edib.
E.ŞİRİNOV