7 Avqust 2025 / 10:40

Zelenskinin İtaliyadakı villası satışdan çıxarılıb

Vladimir Zelenskinin İtaliyanın Forte dei Marmi şəhərindəki lüks villası hazırda heç kimə icarəyə verilməsə də, satışdan çıxarılıb.

Tezadlar.az bildirir ki, “RİA Novosti” bu barədə yerli daşınmaz əmlak agentliyinin əməkdaşına istinadən xəbər verir.

“Ev satılmır. Dayanıb. Çoxdan satışa çıxarılıb, indi yox”, – makler bildirib.

Onun sözlərinə görə, hazırda villada heç kim yaşamır.

Əmlak agentliyinin nümayəndəsi isə villanın nə vaxt satışdan çıxarıldığını və icarəyə verilib-verilmədiyini dəqiqləşdirməkdən imtina edib.

Mart ayında Vaşinqtondakı Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru professor Piter Kuznik Zelenskiyə Avropa ölkələrindən birində sığınacaq istəməyi tövsiyə edib.

Fevral ayında “Mash” Telegram kanalı Zelenskinin İtaliyadakı villasının qiymətinin 2021-ci ildən satıla bilmədiyi üçün 2,5 milyon avroya düşdüyünü yazmışdı.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!