Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 Mart 2026 / 15:27

Zelenskinin “Pasxa atəşkəsi” təklifinə Putindən “YOX!” cavabı gəldi…

Xəbər verildiyi kimi, Ukrayna prezidenti “Pasxa bayramı”nda cəbhədə atəşkəs olunması təklifi ilə Putin administrasiyasına müraciət göndərib… Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, amma rəsmi Kreml Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərində Pasxa atəşkəsi üçün aydın şəkildə ifadə olunmuş təklif görməyib və “yox” cavabı verib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml Zelenskinin “Pasxa atəşkəsi” ilə bağlı açıqlamalarında heç bir açıq təşəbbüs görməyib. Peskov vurğulayıb ki, Ukrayna prezidenti məsuliyyəti öz üzərinə götürməli və Rusiya ilə atəşkəsə yox, sülhə razı olmağa qərar verməlidir. “Daha sonra bu qərar daha baha qiymətə verilməli olacaq”, -Kremlin sözçüsü əlavə edib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqə səfərindən sonra jurnalistlərin suallarını cavablandırarkən Rusiya da analoji addım atarsa, Ukraynanın Pasxa bayramı zamanı atəşkəsə razılaşmağa hazır olduğunu açıqlayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!