21 Avqust 2025 / 09:55

Zəlimxan Yaqubun 75 illik yubileyi doğulduğu Kəpənəkçi kəndində qeyd ediləcək

…2025- ci ilin 23 avqust tarixində Kəpənəkçi kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, tədbir “Kəpənəkçi Xeyriyyə Cəmiyyəti”nin təşkilatçılığı ilə baş tutacaq. Məlumatda bildirilir ki, yubiley tədbiri 23 avqust saat 15:00-da Kəpənəkçi kəndində yerləşən “Tural” şadlıq sarayında keçiriləcək. Tədbirdı Azərbaycandan da şair və mədəniyyət xadimlərinin iştirak edəcəyi bildirilir.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!