11 Avqust 2025 / 10:54

Zəngilanda yanğın törədənin qulağından tutub deməli idilər ki…

Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətindən tezadlar.az-a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.

Diqqət edin: adam 5 min hektar ərazini yandırır, amma polis əməkdaşları sənədləşdirirlər ki, ehtiyatsızlıqdan yanğın törədilib! Bu necə ola bilər?! Polis əməkdaşları belələrinin qulağından tutub deməlidir ki, ehtiyatsızlıqdandırsa, get öz evini yandır. İkincisi, belələrinə həbs qətimkan tədbiri seçilməlidir və vurulan ziyan beş qat ödətdirilməlidir! Vətəndaşın ot tayasını qəsdən yandırana cinayət işi açıla bilir, amma Dövlətin Fondunda olan əraziləri yandırana ehtiyatsızlıq bəraəti???

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!