booked.netbooked.net booked.net  

Gürcüstan prezidenti Salome Zurabişvili xarici agentlərlə bağlı qanun layihəsi üç oxunuşda qəbul olunarsa, ona veto qoyacağını bildirib.

“Avropa İttifaqının strategiya və tövsiyələrinə zidd olan digər qanunlara münasibətdə olduğu kimi, bu qanuna (xarici agentlər haqqında – RED.) veto qoyacağam”, - Zurabişvili BBC yayım korporasiyasına müsahibəsində deyib.

Bununla belə, Zurabişvilinin sözlərinə görə, o əmindir ki, parlament çoxluğu onun vetosunu ləğv edəcək. Buna baxmayaraq, prezident hesab edir ki, vetodan istifadə edilməlidir ki, “xalqın səsi eşidilsin”.

Çərşənbə günü Gürcüstan parlamenti plenar iclasda birinci oxunuşda Zurabişvilinin, müxalifətin və Qərb diplomatlarının etiraz etdiyi və respublikanın Avropa İttifaqına inteqrasiyasına maneə kimi baxan xarici agentlər haqqında qanun layihəsini təsdiqləyib. Təşəbbüsün lehinə 83 deputat səs verib.

Aprelin əvvəlində hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsini yenidən parlamentə təqdim etmək qərarını elan edib. Bu, oxşar təşəbbüsün kütləvi etirazlara səbəb olmasından və hakimiyyəti qanun layihəsindən imtina etməyə məcbur edəndən bir il sonra baş verir. “Xarici təsir agenti” ifadəsi istisna olmaqla, onun mətni ötən il olduğu kimi qalır. Əvəzində “xarici gücün maraqlarını güdən təşkilat” anlayışından istifadə edilmişdir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN