booked.netbooked.net booked.net  

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Macarıstanın baş naziri Viktor Orbanı böyük insan adlandıraraq, siyasətçi ilə əməkdaşlığını təsvir edib.

Tezadlar.az bu barədə “Reuters”a istinadən xəbər verir.

“Prezident kimi mən iki ölkəmizin dəyərlərini və maraqlarını inkişaf etdirmək üçün böyük insan olan Baş nazir Orbanla işləməkdən qürur duyurdum”, - o deyib.

Keçmiş prezident əlavə edib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində ikinci müddətə seçiləcəyi təqdirdə baş nazirlə yenidən yaxından işləməyi “səbirsizliklə gözləyir”.

Aprelin 25-də Orban Mühafizəkarların Siyasi Fəaliyyət Konfransında çıxışı zamanı Trampın seçki kampaniyası şüarından “Amerikanı yenidən möhtəşəm etmək” üçün istifadə edib.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN