Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Mən dolana bilmirəm”.
Tezadlar.az xəbər verir ki, bu sözləri Türkiyənini məşhur iş adamı Ali Sabançı deyib. Maddi vəziyyətinin ona istədiyi kimi yaşamağa imkan verməməsindən gileylənən Sabancı bu açıqlaması ilə gündəm olub.
Tədbirdə çıxış edən Sabancı, Türkiyədə və xaricdə bir çox investorun aktivlərini idarə etdiyini vurğulayaraq əlavə edib:
“Hər kəsin maliyyə ambisiyaları var, sizə bir şey deyim? Mənim də maliyyə ambisiyalarım var. Mən dolana bilmirəm.”
Biz təbii olaraq faiz dərəcəsinin, inflyasiyanın, artımın nə olacağına diqqət yetirdiyimiz bir ölkədə yaşayırıq. Lakin Londona çatanda və pasport məmuru sizdən “Səfərinizin məqsədi nədir?” deyə soruşanda, real dünyanın nə qədər böyük olduğunu anlayırsınız.”
Əli Sabancı şirkətin idarə etdiyi 9 milyard dollarlıq aktivlərin 50%-nin xaricdə olduğunu bildirib və idarə etdikləri aktivlər haqqında bunları deyib:
“Bizim 120-130 tərəfdaşımız var. Amerikanın Qərb Sahilindən Afrikaya və Türkiyəyə qədər investisiya yatırırıq. İdarə etdiyimiz aktivlərin 50%-i xaricdədir.
Təxminən bir hesablamaya görə, 9 milyard dollarlıq aktivləri idarə edirik. Bunun təxminən 15%-i, köhnə deyimlə desək, “başqalarının puludur”. 1 milyon dollar investisiya qoyan və 500 milyon dollar investisiya qoyan var. Almaniyadakı komandamıza investisiya qoyuruq. Bunlar qlobal oyunçulardır.”
Qeyd edək ki, Ali Sabancı Türkiyənin tanınmış Sabancı ailəsinin üzvüdür və uzun illərdir iri biznes strukturlarında rəhbər vəzifələrdə çalışır. Məlumatlara görə, o, 960 milyon dollar sərvətə sahibdir.
JASMİN