10 ildən sonra Tbilisidə yaşayanların əksəriyyəti Tbilisidən köçəcək!

10 ildən sonra Kutaislilər artıq Kutaisdə, Tiblislilər isə Tbilisidə yaşamayacaqlar. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə iqtisadçı-ekspert İlia Inaşvili açıqlama verib. Inaşvili, ölkənin böyük şəhərlərində, xüsusilə paytaxt Tbilisi və Kutais ətrafında torpaq sahələrinə olan tələbatın artdığını vurğulayıb. Onun sözlərinə görə, şəhər ətrafında tikilən fərdi evlərə olan maraq getdikcə daha da artır. Tbilisidə xüsusilə çoxmənzilli binalara olan tələbatın azaldığını qeyd edən ekspertdə, əhali burada yaşamağın ilbəil çətinləşdiyini və şəhərdən kənara köçməyə meyl etdiklərini bildirib. Kutaisdə də oxşar tendensiya müşahidə olunur. Şəhər ətrafında fərdi evlər üçün torpaq sahələrinə tələbat artıb və qiymətlər yüksəlməyə başlayıb. Inaşvili, Kutaisin şəhər ətrafının 10 il ərzində əsas yaşayış yerinə çevriləcəyini və şəhərdə artıq yalnız çoxmənzilli binaların deyil, həm də fərdi evlərin tikiləcəyini proqnozlaşdırıb. O qeyd edib ki, Kutais ətrafında, xüsusilə Kutaisi-Zqatubeni yolunda torpaq sahələrinin qiymətləri hələ də çox aşağıdır. Məsələn, 500 kvadratmetrlik bir torpaq sahəsi 5000 dollara satılır. Bu, çox ucuz qiymət hesab olunur və bu səbəbdən bir çox kutaisli həmin torpaqları alır və ətrafa köçür.

Ekspert, böyük şəhərlərdə sıxlıq, tıxaclar və ekoloji problemlərin getdikcə daha ciddi hala gələcəyini və insanların daha sakit, təmiz havaya sahib şəhər kənarlarında yaşamaq istədiklərini vurğulayıb. O, həmçinin, Kutaisin ətrafında inşa edilən bağ evlərinin, 10 il ərzində şəhərin əsas yaşayış sahələrinə çevriləcəyini bildirib.

Xəbəri paylaş