10 manatlıq MMC-yə 206 min manatlıq tender qurban edildi!

Uzun sürən mübarizədən sonra Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Dəftərxana və təsərrüfat malları”nın satın alınması üçün tender nəticələrini açıqladı.  Qalib kim olsa yaxşıdır, “A4 Ofis” MMC! Tezadlar.az tender.az portalına istinadla xəbər verir ki, tenderin ümumi məbləği 205.500,54 AZN təşkil edir. Satınalınacaq mallar və avadanlıqlar arasında zibil torbaları, qeyd kağızları, yapışqanlı stikerlər, rəngli zakladka, klips qısqaclar, xalça və döşəmə üçün professional təmizləyici avadanlıqlar, yanacaqla işləyən ot və qazon biçənlər, plastik pəncərə setkaləri, yuvalı alətlər dəsti, laqonda və otverka dəstləri və.s daxildir. Təmizləyici avadanlıqların xüsusiyyətlərinə 60-75 m²/saat maksimum təmizləmə sahəsi, 1200 Watt turbin gücü və 26 kq çəkisi daxildir. Pəncərə setkaları isə alminium çərçivəli və elastik torluqdan ibarətdir. Yanacaqla işləyən qazon biçən 2700-3000 watt gücündədir və 36 kq çəkisi var. Qalib şirkətin nizamnamə kapitalı isə cəmi 10 manatdır, sahibi isə Elşən Abbasəli oğlu Məmmədovdur.

Beləliklə, 10 manatlıq şirkət 206 min manatlıq tenderi udur və…

Elşad

Xəbəri paylaş

Xəbər lenti