Əsas məzmuna keç

10 MİLYONLUQ ŞƏHƏR SU ALTINDA QALDI

Hindistanın cənubunda 10 milyon əhalisi olan şəhəri güclü siklon yuyub aparır. Artıq iki gündür ki, aramsız davam edən leysan yollarda hərəkəti iflic edib.

Asfalt yuyulub və bu da yolun düz ortasında nəhəng sürüşmələrə səbəb olub. Bu səbəbdən bir sürücü az qala ölüb. Onun avtomobilini də onlarla digər maşın kimi axın aparıb aparıb. İndi bütün nəqliyyat sütunları küçələrdə xaotik şəkildə üzür.

Hindistanın cənubunda güclü daşqınlar səbəbindən dəmir yolu xətləri dayandırılıb. Çinnaya hava limanı da su altında qalıb və oradakı bütün reyslər ləğv edilib.

Bundan əvvəl Tanzaniyada daşqınlar nəticəsində 47 nəfərin öldüyü bildirilirdi. Təbii fəlakət Hananq bölgəsində baş verib.

​​​​​ E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…