Bir müddət əvvəl Azərbaycanda tədavülə yeni 10, 50, sonra 200 və 500 manatlıq əskinazlar əlavə edildi. Lakin ölkənin ödəmə aparatlarının bir çoxu bu əskinazları “tanımadığından” qəbul etmirdi. Hətta indinin özündə də bəzi hallarda ödəmə aparatları yeni-təzə puldan imtina edir.
Bu dəfə Azərbaycanda 100 manatlıq əskinazlar yenilənir. Azərbaycan Mərkəzi Bankı yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq. Yaxşı olar ki, indidən ölkədəki çoxsaylı və çoxadlı ödəmə aparatlarının bu əskinazları tanıması üçün müvafiq texnoloji addımlar və kodlaşdırma indidən nəzərə alınsın. Əks halda, gecikmə sonradan həm nəğd pulların dövriyyəyə qaytarılmasında problem yaranacaq, həm də təzələnmiş yeni pullara münasibət birmənalı olmayacaq.
A.Məmmədli