Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin (əvvəllər Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Kənd Təsərrüfatı Nazirliyi yanıda Dövlət Meliorasiya və Su Təsərrüfatı Agentliyi) sədrinin müavini (2006-cı ildən) Rafiq Aslanovun oğlu Afiq Aslanov atasının Londonda ona aldığı evi girov qoyub. Bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli özünün sosial media platformasında yazıb. Sitat: “…Aşiq Aslanov avqustun 27-də İngiltərənin MT FINANCE LIMITED şirkətindən yüksək faizlə (10.2 % Avropa üçün yuxarı göstəricidir) 1 il ərzində geri ödəmək şərtilə 235 min 950 funt (530 min manata yaxın) pul götürüb. Bu kredit Egham şəhərindəki 1a Wetton Court (Title No. SY793665) ünvanındakı daşınmaz əmlak üzərində girov (charge) yaradılması ilə təmin edilib.
Bu gün isə dekabrın 2-də isə Londonda Rafiq Aslanovun oğluna məxsus bahalı maşınlar kirayəsi verən PERFOCARS LIMITED şirkəti fəaliyyətini dayandırıb. Bu günlərdə həmçinin Afiq Aslanovun 2016-cı ildən Londonda fəaliyyətdə olan digər şirkəti- G.V.B Ltd., Harrow ilə bağlı “Petitions to Wind Up (Companies)” , yəni şirkəti məcburi şəkildə bağlamaq üçün verilən məhkəmə iddiası qaldırılıb. Yüksək məbləğdə borcun və maşınların satılmasının səbəbi bəlli deyil. Görəsən, su olmasa cənab Aslanovun oğlu bir ilə yarım milyonu qaytara biləcəkmi?”.
Xatırladırıq ki, Rafiq Aslanov bu məlumatı şərh etməyib və ya bu iddia təkzib olunmayıb.
Jurnalist C.Həsənli isə məlumata təsdiqləyici sənədləri də əlavə edib. Həmin sənədlər aşağıda təqdim edilib.








