25 İyul 2025 / 18:19

11 və 14 yaşlı bacılar su anbarında həyatını itirdi

Rusiyanın Sankt-Peterburq şəhərində Yuxarı Suzdal gölündə iki məktəbli bacı boğularaq ölüb.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, qızlar böyüklərin nəzarəti olmadan çimməyə gediblər və evə qayıtmayıblar. Uşaqlar geri qayıtmayanda anası xilasedicilərdən kömək istəyib.

Axtarış-xilasetmə xidməti sürətlə işə başlasa da, məktəbli qızları xilas edə bilməyiblər. 11 və 14 yaşlı bacıların meyitləri “Ozerki” metrostansiyası yaxınlığında yerləşən su anbarının dibindən tapılıb.

Hazırda hadisənin baş vermə şəraiti araşdırılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!