Çində Hubei əyaləti üzrə Kommunist Partiyasının keçmiş partiya komitəsi katibi Jianq Çaolianq möhlətlə ölüm cəzasına məhkum edilib.
Tezadlar.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Nankin şəhər Orta Xalq Məhkəməsinin qərarında bildirilib.
Məlumata görə, məmur 746 milyon yuandan (təxminən 111 milyon dollar) çox rüşvət almaqda təqsirli bilinir.
Məhkəmə istintaqla əməkdaşlıq etdiyinə görə məmura nisbətən yüngül hökm çıxarıb. Çin qanunvericiliyində nəzərdə tutulan şərtlərə əməl olunacağı təqdirdə, iki illik formal möhlətdən sonra ölüm cəzası ömürlük həbs cəzası ilə əvəzlənəcək.
Çində “möhlətlə ölüm cəzası” ölüm hökmünün dərhal icra olunması demək deyil. Yəni şəxs möhlət verildiyi müddətdə tətbiq olunan qaydalara riayət edərsə, ölüm hökmü ləğv olunur.
Jiang Çaolianq 1995–2025-ci illərdə Çin banklarında, eləcə də Jilin və Hubei əyalətlərinin partiya strukturlarında bir sıra rəhbər vəzifələr tutub.








