Əsas məzmuna keç

Bellinqem “Rayo Valyekano” matçında zədələndi

İspaniyanın “Real” klubunun yarımmüdafiəçisi Cud Bellinqem ciddi zədə alıb.

Tezadlar.az “The Athletic” nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı ingilis futbolçu 6-8 həftə müddətində yaşıl meydanlardan kənarda qalacaq.

Bellinqem La Liqanın XXII turunda “Rayo Valyekano”ya qarşı keçirilən və Madrid təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşdə əzələsindən zədələnib.

Klubun tibbi heyəti futbolçunun vəziyyətini nəzarətdə saxlayır və onun təxminən iki aya yaxın müddətdə komandaya kömək edə bilməyəcəyi bildirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…