MEDİA
Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Şəkidə kanala düşən 33 yaşlı kişi xəstəxanaya aparılarkən yolda ölüb.
Tezadlar.az xəbər verir ki, hadisə Şəki rayonu, Cəyirli kəndi ərazisində baş verib.
Belə ki, kənd sakini 33 yaşlı Abuzər Əsgərov kənd ərazisindəki kanala düşüb.
Kənd sakinləri tərəfindən kanaldan çıxarılan həmin şəxs Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılarkən yolda dünyasını dəyişib.
A. Əsgərovun epilepsiya xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.