1 Mart 2026 / 16:48

Tehranı bu gecə daha dəhşətli anlar gözləyə bilər

İsrail Ordusu Tehrana növbəti hava zərbələri endirib. Tezadlar.az İsrail mediasına istinadla bildirir ki, İsrail Ordusunun mətbuat xidməti Tehrana hava zərbəsinin görüntüsünü yayıb. Görüntülərdən bəlli olur ki, İsrail Hərbi Hava Qüvvələri Tehrana genişmiqyaslı hava zərbələri endirir. “The Times of Israel” elektron nəşri canlı yayımla məlumat yayıb. Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində rejiminin hədəflərinə qarşı genişmiqyaslı hava zərbələri endirir. Təkcə son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Tehrana bir sıra zərbələr endirib, məqsəd “hava üstünlüyünü təmin etmək və Tehrana yol açmaq”dır. Nəşr İsrailin müdafiə nazirinə istinadla belə yazır.

Digər yerli nəşrlər adının çəkilməsini qadağan edən hərbi generala istinadla yazıb ki, İran üçün bu gecı daha dəhşətli anlar olacaq…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!