Türkiyənin Ankara şəhərində axtarışda olan “Fətullahçı” terror təşkilatının (FETÖ) üzvü saxlanılıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Onun barəsində vaxtilə 13 il 4 ay müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılmışdı.
Saxlanılan şəxs barəsində müvafiq prosedurlar tamamlandıqdan sonra həbsxanaya təhvil verilib.







