Əsas məzmuna keç

130 kiloluq məşhur müğənni 35 kilo necə əritdi?

Türkiyəli müğənni Işın Karaca 35 kiloqram arıqlamasının sirrini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bir vaxtlar 130 kiloqram çəkidə olan ifaçı arıqlamasının sirrini belə izah edib:

“Yeməyəndə insan arıqlayır. Bədənimizi 23 saat dincəldirik, sonra 1 saat yeyirik. Və həmin saat ərzində hər şeyi yeyirik. Həqiqətən acdığım zaman dişlərimi fırçalayıram. Bu, həqiqətən kömək edir. Acdığım zaman durub ayran, kefir və ya su içirəm”.

Işın bu dəyişikliyin yalnız fiziki deyil, həm də psixoloji baxımdan onun üçün böyük dönüş nöqtəsi olduğunu vurğulayıb. O, arıqlamaq üçün iradəli olmaq lazım gəldiyini əlavə edib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…