Əsas məzmuna keç

Zelenski Putinin 9 may paradının mahiyyətini açıqladı

Kyiv (Ukraine), 21/03/2022.- A handout photo made available by the Ukrainian Presidential Press Service shows Ukrainian President Volodymyr Zelensky during a broadcast speech in Kyiv (Kiev), Ukraine, late 21 March 2022 (issued 22 March 2022), addressing the residents of Ukrainian cities on 'Drive the occupiers out, drive these slaves out'. (Rusia, Ucrania) EFE/EPA/UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE HANDOUT -- MANDATORY CREDIT: UKRAINIAN PRESIDENTIAL PRESS SERVICE -- HANDOUT EDITORIAL USE ONLY/NO SALES

Ukrayna cəbhəsində yeni vəziyyət yaranır. Belə ki, Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında Baş Kəşfiyyat İdarəsinin rəhbəri Oleq İvaşenkonun məruzəsinin nəticələrinə əsasən bildirib ki, Rusiyanın Hava Hücumundan Müdafiə (HHM) sistemlərini Moskva ətrafında cəmləşdirməsi Ukrayna üçün yeni zərbə imkanları yaradır. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xatırladır Ki, Rusiya rəhbərliyi paytaxtdakı hərbi paradın təhlükəsizliyinə ölkənin digər regionlarından daha çox önəm verir. Sitat: “Bu göstərir ki, Rusiya rəhbərliyi dəfələrlə bəyan edilən atəşkəsə hazırlaşmır və bütün ölkədən daha çox Moskvadakı parada görə narahatdır”. Zelenski onu da deyib ki, HHM sistemlərinin paytaxt ətrafında toplanması digər bölgələrin hava hücumundan müdafiəsini zəiflədir: “Bu, bizim “uzaqmənzilli sanksiyalarımız” üçün əlavə imkanlar açır. Müvafiq prioritetlərimiz müəyyən ediləcək”.

Gərginlik isə günbəgün artır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…