Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyanın regionları və Azov dənizi üzərində Ukraynaya məxsus 15 PUA-nı məhv edib.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Avqustun 10-da Moskva vaxtı ilə saat 11:30-dan 15:00-dək növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus təyyarə tipli 15 pilotsuz uçuş aparatını məhv edib: Tula vilayətinin ərazisi üzərində beş PUA, Oryol vilayətinin ərazisi üzərində dörd PUA, Krasnodar vilayətinin ərazisi üzərində üç PUA, Azov dənizinin suları üzərində iki PUA və Moskva vilayətinin ərazisi üzərində bir PUA”, – Rusiya Hərbi İdarəsi bildirib.
E.ŞİRİNOV