Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Nəhayət, 15 yaşdan kiçik şəxslər üçün sosial media qadağasını özündə ehtiva edən qanun layihəsi Türkiyə Böyük Millət Məclisi tərəfindən qəbul edilib. Tezadlar.az Haber-Türk-ə istinadla xəbər verir ki, buna uyğun olaraq, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcəklər.Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilən “nəşrdən məzmunun çıxarılması və girişin bloklanması” ilə bağlı müddəa dəyişdirilib. Bu düzəlişə əsasən, sosial şəbəkə provayderləri 15 yaşdan kiçik uşaqlara xidmət təklif edə bilməyəcək və bu cür xidmətlərin göstərilməsinin qarşısını almaq üçün yaş təsdiqlənməsi də daxil olmaqla zəruri tədbirlər görməyə borclu olacaqlar.
Azərbaycanda da bu cür qanunun qəbulu qaçılmazdır. Son zamanlar məktəblilərin törətdiyi qanlı hadisələr bunu diqtə edir. TikTok- da uşaq psixologiyasını pozan sujetlərə baxış buna gətirib çıxarır: uşaq müəllimini güllələyir, sinif yoldaşını spirtlə yandırır, bıçaqlayır…
A.Məmmədli