16 məktəbli zəhərlənərək xəstəxanaya yerləşdirilib

16 məktəbli Tynda-Kislovodsk qatarında səyahət etdikdən sonra zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Samara vilayətinin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Uşaqlar Samara Regional Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər”, – nazirlikdən bildiriblər.

Uşaqlar və onların himayədarları tətilə Çelyabinsk vilayətindən gedirdilər. Qatarda gəzinti zamanı özlərini pis hiss etməyə başlayıblar və ən yaxın xəstəxanaya aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Uşaqların xəstəliyinin səbəbi müəyyənləşdirilir.

“Rusiya Federasiyası Mərkəzi Regionlararası Nəqliyyat İstintaq Komitəsinin Samara Nəqliyyat İstintaq İdarəsinin müstəntiqləri hadisə yerinə gəliblər və hadisənin bütün hallarını müəyyənləşdirirlər”, – Rusiya Federasiyası İstintaq Komitəsinin Nəqliyyat üzrə Mərkəzi Regionlararası İstintaq İdarəsi bildirib.

E.ŞİRİNOV

Xəbəri paylaş