Əsas məzmuna keç

20 ildə 200 milyard dollardan çox sərmayə qoyulmuş Bakı…

Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov açıqlama verib ki, son 20 ildə paytaxtımıza 200 milyard dollardan çox sərmayə qoyulub.
200 milyard dollar hazırki kursla 340 milyard manat edir.
Son 20 ilin statistik rəqəmlərinə nəzər yetirək. 2006-2012-ci illər arası Bakı şəhərinin abadlaşdırılması, quruculuq işləri üçün 806 milyon manat sərmayə qoyulub.
-2006-2007-ci il 25 milyon manat
-2008-2009-cu il 49 milyon manat(14+15+20mln manat)
-2010-cu il 25 milyon manat
-2011-ci il 360 milyon manat(350+10milyon manat)
-2012-ci il 347 milyon manat(327+20milyon manat)
-2011-2013-cü illərdə Azərbaycan Respublikası Prezidentinin rəsmi saytında Bakı şəhəri və qəsəbələrinin sosial-iqtisadi inkişafının icrasına 3 milyard manat vəsaitin xərclənməsi ilə bağlı məlumat qeyd edilib.
Üç milyard manata yol , qaz, elektrik , istilik , su-kanalizasiya , sosial obyektlər və digər infrastruktur daxildir.
2014-2015-ci illərdə “Yeni Bakı” Dövlət Proqramı çərçivəsində 257 milyon manat vəsait ayrılıb.
Onu da qeyd edim ki, Azərsu xətti ilə su-kanalizasiya sistemlərinin yenidənqurmasına 2005-2014-cü illər aralığında 2,7milyard manat vəsait xərclənib.
2016-2026-cı illər aralığında(Son 10 ildə) bütün sahələr üzrə ümumilikdə 47 milyard manat vəsait xərclənib.
2006-2026-ci illər aralığında, yəni son 20 ildə xərclənən vəsaitlərin cəmi 91 milyard manat olub.
Lakin, bu qədər vəsaitin xərclənməsinə baxmayaraq, Bakı Şəhərinin su-kanalizasiya sistemi daha da iflic vəziyyətdədir.
200 milyard dollar vəsaiti kənara qoyub, 91 milyard manatın xərclənməsini nəzərdən keçirdikdə görərik ki, iri həcmli pul vəsaitləri təyinatı üzrə səmərəli istifadə edilməyib.
Yenə qeyd edirəm, 200 milyard dollar 340 milyard manat edir.
340-91= 249
91 milyard manat guya, təyinatı üzrə xərclənən pul kütləsidir( Məlum məsələdir ki, bu vəsaitin də böyük qismi ciblərə yönəldilib). Verilən açıqlamaya əsaslanıb sual edək. 249 milyard manat hanı?
Ramin Əliyev,
ekspert
Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın