Əsas məzmuna keç

20 ölkə Rusiyadan taxıl almağı dayandırdı- İQTİSADİYYATIN İFLİCİ

Nəhayət, ABŞ-ın sanksiyaları çərçivəsində Rusiyadan taxıl almaqdan imtina edən ölkələrin sayı 20 azalıb. Belə ki, taxıl ixracı 2025-ci ilin oktyabr ayında 20 % azalıb. Tezadlar.az CNN-ə istinadla bildirir ki, Rusiyanın Taxıl İttifaqının analitik departamentinin direktoru Yelena Tyurina bu barədə təəssüflə danışıb. Sitat: “Rusiya 2024-cü ilin oktyabr ayında xaricə təxminən 8 milyon ton taxıl göndərib, lakin hazırda bu həcm 6,454 milyon tona düşüb. Bu arada, buğda ixracı 14,2 % azalaraq 6,024 milyon tona düşüb. Rusiyadan buğda alan ölkələrin sayı 50-dən 30-a düşüb. Misir ən böyük alıcı olaraq qalır, lakin hətta orada da alışlar 16,3 % azalaraq 1,307 milyon tona düşüb. Türkiyə idxalını təxminən ikiqat artıraraq 883 min tonla ikinci yeri tutub. İrandan alışlar da əhəmiyyətli dərəcədə – 4,8 dəfə artaraq 545 min, Banqladeşdən 1,7 dəfə artaraq 495 min, Liviyadan təxminən üç dəfə artaraq 290 min və Səudiyyə Ərəbistanından isə beş dəfə artaraq 153 min tona çatıb”.

Bu artıq o deməkdir ki, Rusiya iqtisadiyyatı çökməkdədir. Neftayırma zavodları Ukrayna dronları ilə dağıdılır, neft və qaz alışı Avropa üzrə sıfırlanır… Daha nə qaldı?!

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…