Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Martın 27-də Parisin 20-yə yaxın orta və liseyinə terror aktı təhlükəsi ilə bağlı məktublar daxil olub.
Tezadlar.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb. Məktəblərdə dərslər ləğv edilib, polis məktəblərə baxış keçirib və “normal bir şey tapmayıb”.
Bomba hədələri e-poçt vasitəsilə məktəblərə göndərilib. “Le Parisien”-in polis mənbəsinin sözlərinə görə, yazılı təhdidlər “terrorçunun əla fransızca danışdığını və bədənin müxtəlif hissələrinə ölümcül zərbələr endirməsini izah edən” 12 dəqiqəlik video ilə müşayiət olunub.
Məktubların özləri iddia edirdilər ki, terrorçu “bütün məktəbə və siniflərə partlayıcı yerləşdirib” və “hər şeyi partladacaq”. Məktublardan birinin müəllifləri özlərini İslam Dövlətinin (İD, terror təşkilatı) üzvləri adlandırıblar.
E.ŞİRİNOV