Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Ölkənin sabiq prezideni, Mixeil Saakaşvili 2008-ci ilin avqust müharibəsindən söz açaraq, Amerika Birləşmiş Ştatlarının roluna toxunub.
Gürcüstan KİV-nin məlumatına görə, sabiq prezident müharibənin məhz ABŞ tərəfindən dayandırıldığını bildirib. “Amerika barəsində danışarkən unutmamalıyıq ki, 2008-ci il müharibəsini məhz ABŞ dayandırdı və Gürcüstan dövlətini xilas etdi. Altıncı donanma olmasaydı və humanitar hərbi əməliyyat baş tutmasaydı, bu gün Gürcüstan mövcud olmazdı. Bundan əlavə, həmin dövrdə Co Baydenin təşəbbüsü ilə 1 milyard dollar ayrıldı ki, bu da Gürcüstan iqtisadiyyatını xilas etdi,”-deyə Saakaşvili sosial media hesabında yazıb.