Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Paytaxtın Nizami rayonunda yerləşən 201 saylı tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən monitorinq aparılıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Təhsil İdarəsi məlumat yayıb.
Məlumata görə, monitorinq zamanı təlim-tərbiyə prosesi, tədris-pedaqoji və metodiki işin təşkili, eləcə də, bir sıra digər müvafiq istiqamətlər üzrə yoxlamalar aparıb.
Monitorinq nəticəsində bir sıra nöqsanlar aşkar edilib.
Əmək funksiyası üzrə vəzifə öhdəliklərini keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 201 nömrəli tam orta məktəbin direkoru Əliyeva Afaq Asif qızına Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilib. Gələcəkdə analoji hallara yol verəcəyi təqdirdə barəsində daha ciddi intizam tənbehi tədbirinin tətbiq ediləcəyi nəzərə çatdırılıb.
Qeyd edək ki, təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsi təmin edilir.
Diqqətinizə çatdıraq ki, Afaq Əliyeva Gəncə Dövlət Pedoqoji İnstitutunun məzunudur və 2022-ci ildən direktor vəzifəsində çalışır.
Bir müddtə öncə sosail şəbəkələrdə ona aid olduğu iddia edilən səs yazısı yayılmışdı. Bildirilirdi ki, direktor vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə məktəbin müəllimi Lalə Şəfaqətovanı təhdid edərək keçmiş direktor müavini Svetlana Hüseynovaya qarşı yalançı şahidlik etməyə məcbur edir.
Məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilmişdi ki, səsyazısı ilə bağlı araşdırma aparılır və araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.