2 Yanvar 2023 / 11:15

2023-CÜ İL İQTİSADİYYATI İNKİŞAF ETMİŞ ÖLKƏLƏR ÜÇÜN ÇƏTİN OLACAQ – PROQNOZ

“2023-cü il qlobal iqtisadiyyatın böyük bir hissəsi üçün çətin il olacaq, çünki qlobal inkişafın əsas mühərrikləri – ABŞ, Avropa və Çin iqtisadi tənəzzül yaşayacaq”.

Bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva açıqlama verib. Onun proqnozlarına görə, qlobal iqtisadiyyat baxımından yeni il geridə qoyduğumuz ildən daha çətin olacaq.

Oktyabr ayında Beynəlxalq Valyuta Fondu 2023-cü ildə qlobal iqtisadi artım proqnozunu aşağı salıb. Dünya iqtisadiyyatına Ukraynadakı müharibə, inflyasiya təzyiqi, mərkəzi bankların inkişaf etdirdiyi yüksək faiz dərəcələri və digər amillər təsir edir.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!