2025-ci ilin 10 ayında Azərbaycan vətəndaşları Türkiyədə 741 mənzil alıb və…

Tanınmış hüquqşünas Aslan İsmayılov maraqlı statistikanı şərh edib. Tezadlar.az təqdim edir: “…Dünyaca məşhur ərəb tikinti şirkəti EMAAR qrupun sahibi Məhəmməd Əli Alabbar qonşu Gürcüstanın iqtisadiyyatının inkişafını qeyd etməklə bərabər, ora 6.6 mld ABŞ dolları sərmayə yatırdığını elan edib. Türkiya Statistika Qurumunun məlumatına əsasən 2025-ci il yanvar -oktyabr aylarında Azərbaycan vətəndaşları Türkiyədə 741 mənzil alıblar. Bir mənzilin ortalama dəyərini 100.000 ABŞ dollarından hesablasaq, bu 74 milyon ABŞ dolları edir.
Qısa desək, qonşu Gürcüstana ancaq bir ərəb şirkəti 6.6 milyard dollar yatırır, Azərbaycanda isə əksinə vətəndaşlarımız ölkədən tək Türkiyəyə 74 milyon ABŞ dolları çıxarıblar. Bu gedişlə yaxın zamanlarda vətəndaşlarımız SSRİ dönəmində olduğu kimi qonşu ölkələrə nökərlik etməyə gedərlər…”.
Təəssüflə deyək ki, Azərbaycanda pul qazanıb xarici ölkələrə daşıma tendensiyası var. Bircə fakt: niyə Emin Ağalarov Azərbaycana yatırım edir, böyük layihələrə sərmayə qoyur, bizim bəziləri isə əksinə, xarici ölkələrə pul daşıyır, bu ölkələrin büdcəsini doldurur??? Emin Ağalarovun bu nümunəsi yetərli deyil?!
A.Məmmədli
Xəbəri paylaş

Xəbər lenti