Dünən Yasamal rayonu 225 saylı məktəbdə baş verən intihar hadisəsi barədə əlavə məlumat öyrənməyə gedən RealTV əməkdaşının şagirdlər tərəfindən döyülməsi bu gün sosial medianın gündəmini zəbt edib. Artıq Mətbuat Şurası, eləcə də tanınmış hüquqşünaslar və media rəhbərləri bəyanatla çıxış ediblər.
Amma təəssüf ki, sosial mediada yazılanlardan bəlli olur ki, Təhsil Nazirliyi hadisəni fərqli səmtə yönəldir, döyülən jurnalisti qınama mövqeyi tutub. Məktəbin direktoru Aytən Qibləliyevanın isə jurnalisti döyən şagirdləri öyrətdiyi barədə məlumatlar da sosial mediada meydan sulayır.
Bu dəqiqələrdə isə məktəbdən tezadlar.az-a bildiriblər ki, direktor Aytən Qibləliyevanı Təhsil Nazirliyinə çağırıblar və işdən çıxarılması barədə qərar verilib.
Faktı dəqiqləşdirmək üçün əməkdaşımız Təhsil Nazirliyinə gedib, amma yarı yoldan qayıdıb. Elçin Məmmədli redaksiyaya zəng edərək dedi: “…Nazirliyə çatanda yaxınlaşmağa qorxdum, düşündüm ki, RealTV əməkdaşını şagirdlər döyübsə, məni nazirliyin işçiləri çarmıxa çəkər…”.
SƏBUHİ








