Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Daxili İşlər Nazirliyi 24 vilayətdə İŞİD terror təşkilatına qarşı aparılan əməliyyatlarda 90 şübhəlinin saxlanıldığını açıqlayıb.
Tezadlar.az xəbər verir ki, nazirliyin açıqlamasında Jandarma Baş Komandanlığının Terrorla Mübarizə İdarəsi və əyalət jandarma komandanlıqları tərəfindən prokurorluqla koordinasiyalı şəkildə 24 əyalətdə əməliyyatlar aparıldığı bildirilir.
Açıqlamada əməliyyatlar nəticəsində 90 şübhəlinin tutulduğu bildirilir. Bu şübhəlilər arasında İŞİD terror təşkilatının üzvləri, terror təşkilatı ilə əlaqəli şəxslər, sözdə yardım təşkilatları vasitəsilə təşkilata maliyyə dəstəyi verənlər və sosial media hesabları vasitəsilə terror təşkilatı üçün təbliğat aparanlar olub.
E.ŞİRİNOV