BANM tələbəsi hansı ölkədə olarsa öz missiyasını yerinə yetirir. Vətənimiz Azərbaycanı yüksək səviyyədə təmsil edir.
Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının IV kurs tələbəsi Murad Şərifov ABŞ-ın Şimali Karolina Universitetində təhsil alır. Təxminən 28,000 ABŞ dolları təqaüd qazanıb.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov sosial media hesabında bildirib
Rektor Murad Şərifovun xarici dövlətdə biliklərini artırmaqla yanaşı, təhsil aldığı universitetdə Azərbaycanla, onun tarixi və mədəniyyəti ilə bağlı maarifləndirmə, məlumatlandırma işi gördüyünü də qeyd edib.
“Tələbəmiz 1 semestr təhsil aldıqdan sonra Vətənə dönərək BANM-da təhsilini davam etdirəcək. Təqaüd proqramı çərçivəsində akademik biliklərini artırmaqla yanaşı, Azərbaycanla bağlı təqdimat hazırlayıb. Əcnəbi tələbə və müəllim heyətini Azərbaycanın tarixi və mədəniyyəti barədə məlumatlandırıb. Tələbəmizi təbrik edir, qürur duyuruq”, – deyə rektor vurğulayıb.
JASMİN