bu dəqiqələrdə İndoneziya sahillərində göyərtəsində 280 nəfərin olduğu sərnişin bərəsi yanır. Tezadlar.az Reuters- ə istinadla xəbər verir ki, onlarla insan çıxılmaz duruma düşüb. Bərənin aşağı hissəsində tüstülənmə başladıqdan sonra sərnişinlər arasında panika başlayıb. Sosial şəbəkələrdəki görüntülərdə sərnişinlərin qışqıraraq kömək istədikləri, bəzilərinin isə özlərini suya atdıqları görünür. İndoneziyanın aidiyyəti xilasetmə qüvvələri hazırda kömək etməkdədir. Xilasetməyə vertolyotlar da cəlb edilib.
280 nəfəri daşıyan bərə yanır: sərnişinlər suya atılaraq bərəni tərk edir






