Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz heç vaxt 300 min azərbaycanlının Ermənistanda yerləşdirilməsi məsələsini müzakirə etməmişik və müzakirə etməyəcəyik”. Tezadlar.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə verdiyi açıqlamada bildirib. Ermənistan hökumət başçısının sözlərinə görə, Ermənistan və Azərbaycan uzun müddətdir ki, ermənilərin Qarabağa, Bakıya və ya digər yerlərə qayıtması ilə bağlı müzakirələr aparmayıblar.
Paşinyan əlavə edib ki, belə bir məsələni hər iki tərəf arasında müzakirə etmək təxribat xarakteri daşıyır və davam edən siyasi prosesdə gərginliyi artırır. Paşinyan hər iki məsələnin eyni qüvvələr tərəfindən siyasi gündəmə gətirildiyinə inandığını bildirib və bunu ucuz siyasi spekulyasiya adlandırıb.
Beləliklə, Paşinyanın sözlərindən belə çıxır ki, ermənilərin heç vaxt vətəni olmamış Qarabağa, 300 min Azərbaycanlının isə qədim yurdu- vətəni olan Qərbi Azərbaycana(indiki Ermənistana) qayıtması mümkün görünmür!
A.Məmmədli