Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam etdirilir. Dövlət Qaçqınkom- dan “Təzadlar”a bildirilib ki, bu gün səhər erkəndən Xocavənd rayonunun Sos və Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Sitat: “Bu mərhələdə Xocavənd rayonunun Sos kəndinə 24 ailə – 99 nəfər, Cəbrayıl rayonunun Horovlu kəndi isə 19 ailə – 70 nəfər köçürülüb, cəmi – 43 ailə (169 nəfər), onlardan:
Xocavənd rayonunun Şoş kəndinə, cəmi – 24 ailə (99 nəfər), o cümlədən:
Beyləqan rayonundan – 9 ailə (37 nəfər);
Füzuli rayonundan – 5 ailə (21 nəfər);
Bakı şəhərindən – 5 ailə (21 nəfər);
Abşeron rayonundan – 1 ailə (5 nəfər);
İmişli rayonundan – 1 ailə (4 nəfər);
Quba rayonundan – 1 ailə (4 nəfər);
Biləsuvar rayonundan 1 ailə (4 nəfər);
Sumqayıt şəhərindən – 1 ailə (3 nəfər).
cəmi köçürülmüşdür – 85 ailə (360 nəfər),
Cəbrayıl rayonunun Horovlu kəndinə, cəmi 19 ailə (70 nəfər), o cümlədən:
Bakı şəhərindən – 9 ailə (37 nəfər);
Biləsuvar rayonundan – 5 ailə (18 nəfər);
Abşeron rayonundan – 2 ailə (9 nəfər);
Sumqayıt şəhərindən – 2 ailə (4 nəfər);
Şirvan şəhərindən – 1 ailə (2 nəfər).
Cəmi köçürülmüşdür – 191 ailə (762 nəfər)”.
Beləliklə, 24.12.2025-ci il tarixindəki köç də nəzərə alınmaqla, ümumilikdə 1 şəhər və 10 rayonun 31 yaşayış məntəqəsindən indiyədək 6 206 ailə (24 729 nəfər) köçürülərək məskunlaşmış olacaqdır.
Yurda qayıdışımız əbədi olsun!