İranın xarici işlər naziri Abbas Əraqçi “(İsrailin Baş naziri Benyamin) Netanyahu amerikalı vergi ödəyicilərinin pulları və amerikalıların həyatı ilə qumar oynadı” deyib.
Tezadlar.az xəbər verir ki, ABŞ-da yerləşən X sosial media platformasında edilən açıqlamada Əraqçi deyib: “Netanyahu amerikalı vergi ödəyicilərinin pulları və amerikalıların həyatı ilə qumar oynadı. Bu qumarı uduzduqdan sonra o, təqaüdə çıxmış və ya tezliklə təqaüdə çıxacaq amerikalıları bunun bədəlini ödəməyə məcbur edir.”
E.ŞİRİNOV







