Əsas məzmuna keç

36 ölkə Ukrayna üçün xüsusi tribunalın yaradılmasını təsdiqləyib

36 ölkə Ukrayna üçün təklif olunan xüsusi tribunalın yaradılması niyyətini açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.

“Otuz dörd Avropa dövləti, eləcə də Avstraliya, Kosta Rika və Avropa İttifaqı Rusiyanı məsuliyyətə cəlb etmək üçün Ukrayna üçün gələcək xüsusi tribunalın yaradılmasına qoşulacaqlarını açıqlayıblar”, – nəşrdə deyilir.

Qeyd olunur ki, tribunalın yaradılmasının təməlini qoyan qətnamə Avropa Şurasına (AŞ) üzv dövlətlərin xarici işlər nazirləri tərəfindən təsdiqlənib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…