Əsas məzmuna keç

39 yaşlı kişi iş yerində dünyasını dəyişdi

Bakıda dövlət müəssisəsində bədbəxt hadisə baş verib. 

Tezadlar.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Rayon ərazisində yerləşən dövlət müəssisələrinin birində çalışan, 1985-ci il təvəllüdlü Elnur Zeynalovu iş yerində elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…