Əsas məzmuna keç

5,3 BAL GÜCÜNDƏ ZƏLZƏLƏ BAŞ VERİB

5,3 gücündə zəlzələ İrkutsk vilayətində baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin məlumatlarına istinadən Fövqəladə Hallar Nazirliyinin region üzrə mətbuat xidməti məlumat yayıb.

Yeraltı təkanlar Buryatiya Respublikasının Vıdrino kəndindən 32 kilometr aralıda yerləşən Slyudyanski rayonunda qeydə alınıb.

Həmçinin bildirilib ki, Baykalsk, İrkutsk, Slyudyanka və Şelexovda 2-3 bal səviyyəsində hiss olunub.

Lakin dağıntı qeydə alınmayıb. Zəlzələ nəticəsində xəsarət alan olmayıb.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…