3 İyul 2022 / 08:51

5 AY ƏRZİNDƏ ƏN ÇOX TÜRKİYƏYƏ MAL İXRAC EDİLİB – QEYRİ NEFT ÜZRƏ

2022-ci ilin yanvar-may ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə “İxrac icmalı”nını iyun saında qeyd olunub.

Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin yanvar-may ayları ərzində Türkiyəyə 390,2 milyon ABŞ dolları, Rusiyaya 263,4 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!