Əsas məzmuna keç

53 illik səhnə yoluna son: Sofya Şelmenkina vəfat etdi

Rusiyanın Nijni Novqorod teatrının aktrisası Sofya Şelmenkina meşədə azaraq həyatını itirib.

Tezadlar.az yerli mediaya istinadla bildirir ki, vida mərasimi bu gün, avqustun 19-da keçirilib. Sofya Şelmenkina yaradıcılıq yoluna Stavropol Kukla Teatrında başlayıb, daha sonra isə Qorki (indiki Nijni Novqorod) teatrında davam etdirib.

53 illik sənət fəaliyyətində o, uşaqlar üçün səhnələşdirilən klassik tamaşalarda 40-dan çox obraz yaradıb. Bunların arasında “Alenkiy tsvetochek” (Qırmızı çiçək), “Ələddinin sehrli lampası”, “Payız nağılı” və bir çox başqa əsərlər var.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…