16 Mart 2026 / 17:59

53 yaşında doğdu, doğuşun qurbanı oldu-TƏƏSSÜF

 Bakıda doğuş keçirən qadın vəfat edib. Tezadlar.az xatırladır ki, hadisə martın 15-i saat 4 radələrində Sabunçu rayonu O.Əfəndiyev küçəsi 2-də yerləşən doğum evində baş verib. Belə ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Mirzəyeva doğuş zamanı ölüb. Faktla bağlı araşdırmalar aparılır. Sabunçu Tibb Mərkəzindən isə bildirilib ki, 1973-cü il təvəllüdlü şəxs martın 10-u Sabunçu Tibb Mərkəzinin nəzdində olan 2 saylı Doğum Evinin Patologiya şöbəsinə süni mayalanmadan (EKM) sonrakı hamiləlik, 34 həftə 4 günlük hamiləlik, vaxtından əvvəl doğuş təhlükəsi səbəbilə hospitalizasiya olunub:  “Pasiyentin kliniki, laborator müayinələri aparılıb, hipotenziv müalicə fonunda nəzarətdə saxlanılıb. Martın 14-ü saat 10:00 radələrində döl sularının axması səbəbilə xəstə əməliyyat blokuna köçürülüb və saat 10:30-da əməliyyata götürülüb. Əməliyyat zamanı çəkisi 2 100 qram, boyu 47 sm. olan oğlan, çəkisi 2 050 qram, boyu 46 sm. olan qız dünyaya gəlib. Hər iki yenidoğulmuş Apqar şkalası üzrə 7/7 balla qiymətləndirilib. Zahı qadın Reanimasiya şöbəsinə köçürülüb. Əməliyyatdan 2 saat sonra hipotonik qanaxma baş verib, müvafiq müalicə tədbirləri görülüb. Daha sonra relaparotomiya və uşaqlığın ekstirpasiyası əməliyyatı icra olunub. Martın 15-i saat 01:30 radələrində xəstənin vəziyyəti qəfil pisləşib, boğulma, sianoz (göyərmə) və tənəffüs çatışmazlığı müşahidə olunub. Aparılan intensiv reanimasiya tədbirlərinə baxmayaraq, saat 02:30 radələrində xəstədə bioloji ölüm faktı qeydə alınıb”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!