Martın 19-na keçən gecə Rusiya kamikadze pilotsuz təyyarələrlə Ukraynanın bir sıra bölgələrində mülki infrastruktura zərbələr endirib. Xüsusilə, birbaşa zərbə Sumıdakı xəstəxanada qeydə alınıb və Donetsk vilayətinin şəhərlərinə zərbələr endirilib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukraynanın gecə səmasında Rusiyanın 40-a yaxın pilotsuz təyyarəsi müşahidə edilib, onlardan bəziləri hədəflərinə çatıb. Sitat: “Təəssüf ki, mülki infrastruktura zərbələr var. Birbaşa “Şahed” PUA-sı Sumıdakı xəstəxanaya, Donetsk vilayətindəki şəhərlərə zərbələr endirdi, pilotsuz uçan aparatlar hazırda Kiyev vilayətinin, Jitomir vilayətinin, Sumı vilayətinin, Çerniqov vilayətinin, D.Kirpetsk vilayətinin, Kirpetsk vilayətinin səmasındadır. Məhz Rusiyanın bu gecəki hücumları bizim infrastrukturumuzu, ukraynalıların normal həyatını məhv edib. Bu gecənin də istisna olmaması onu göstərir ki, biz sülh naminə Rusiyaya təzyiqləri davam etdirməliyik”.
https://www.youtube.com/watch?v=qHZ3mPNxF_w
Zelenski qeyd edib ki, Kremlin bu cür hərəkətləri beynəlxalq sülh təşəbbüslərinə cavabdır və Rusiyanın müharibəni bitirmək istəmədiyini nümayiş etdirir.
Ötən gecə Ukrayna ordusu da Rusiyanın bir çox hərbi obyektlərinə dron hücumu təşkil edib. Çoxsayda ölən və yaralanan, sıradan çıxarılan hərbi obyektlər var.