Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sadəcə, sürücüləri ələ salma layihəsidir: Hansı ki, həmin küçədə daim tıxac olur. Velosiped zolağını yolu daraltma hesabına deyil, genişləndirmə hesabına etmək lazımdır. 3-5 velosipedçiyə görə tıxaca şərait yaratmağa, parklama təşkil edib pul-para qazanmağa nə ad vermək olar??? Bakıdakı hazırda mövcud olan tıxacın da səbəbi yolların necə gəldi parklamalara və velosipedlərə paylanmasıdır. Yollar genişləndirmədən bunları etmək yolverilməzdir. Şəxsən müşahidə edirəm, Bakının Bulvarkənarı yollarındakı, Badamdar yolundakı… tıxacın həlli üçün hazırda yeganə çıxış yolu Lökbatan dairəsindən “Nargilə” kafesinədək alternativ yol çəkilməsidir. Trabzonda olan kimi. Məsələn, Lökbatan dairəsindən “Nargilə”yədək dənizin bulvarkənarı hissəsindən (dəniz bu ərazidə çox dayazdır, Neft Daşları kimi estakadalar təcrübəmiz var) yol çəkmək lazımdır. Vaxtilə Ziya Məmmədova bu təklifi vermişdim, bəyənmişdi… Yəni, Mərdəkan, Pirallahı, Əhmədli, Günəşli, Hövsan və s. istiqamətindən gələnlər və əks istiqamətə gedənlər niyə şəhərin mərkəzinə girməli, 8 noyabrla gedib-qayıtmalıdır??? Rayonlara gedənlər də şəhərin mərkəzindən keçib gedir…
Bax belə!
Asif MƏRZİLİ