Bakının tıxaclı yolları: Hazırkı vəziyyət

Oxunma sayı: 15

Bakının rahatlığını əlindən alan tıxaclar bu səhər 13 prospekt və yollara hakimdir. Tezadlar.az Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla bildirir ki, hazırda yollardakı vəziyyət belədir:

1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində;

2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində;

4. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

9. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

10. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

11. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

12. Babək prospekti, mərkəz istiqamətində;

13. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından “Koroğlu” metro stansiyası istiqamətində (dairəyə qədər) sıxlıq müşahidə olunur.

Sürücü və sərnişinlərə səbr arzulayır, paytaxt yollarını daraldaraq parklama, velosipedləşdirmə siyasəti aparan AYNA rəhbərliyinə isə bu problemə əncam çəkməsini tövsiyyə edirik. Çünki Bakı daxildən sıxılır, şişir, daha sərt formada tıxaclara baş əyməli olur…

A.Məmmədli

Xəbəri paylaş

18 Aprel