Əsas məzmuna keç

60-A YAXIN DEPUTAT ZELENSKİNİN İSVEÇRƏ PARLAMENTİNDƏKİ ÇIXIŞINI DƏSTƏKLƏMƏYİB

İsveçrənin bitərəfliyinə ciddi riayət etməsini müdafiə edən İsveçrə Xalq Partiyası (İXP) Ukrayna prezidenti Vladimir Zelenskinin ölkə parlamentində videobağlantı vasitəsilə çıxışının qarşısını almağa cəhd edib, 58 deputat buna qarşı çıxıb.

Tezadlar.az xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti rəsmi saytında məlumat yayıb.

Zelenskinin çıxışı gələn həftəyə – iyunun 15-nə planlaşdırılıb.

İXP Zelenskinin Milli Şurada uzaqdan çıxışı məsələsini qaldırıb. Buna baxmayaraq, səslərin əksəriyyəti Zelenskinin İsveçrə siyasətçilərinə müraciət etmək planlarını dəstəkləyib.

Milli Şura İXP-nin bu qərara yenidən baxmaq cəhdini 58 əleyhinə 128 səslə rədd edib.

Ukrayna prezidentinin qarşıdan gələn video çıxışı bazar ertəsi, iyunun 5-də parlamentin iki palatasının sədrləri tərəfindən elan edilib.

Bundan əvvəl Suriyada Zelenskinin Səudiyyə Ərəbistanında keçirilən sammitdəki çıxışı tənqid edilib.

E.ŞİRİNOV

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…